Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Naxçıvanın əksər ərazilərində istifadəçilər “Wi-Fi” İnternet şəbəkə sistemi vasitəsilə internetə qoşula bilirlər”
Naxçıvanın internet məkanı haqqında “Yeni Müsavat” qəzetində yazılanlar tamamilə absurddur. Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fərid Hacıyev bildirib.
Nazirliyin sözçüsü “Yeni Müsavat” qəzetində Naxçıvanda internetə qadağa qoyulması ilə bağlı yazını şərh edərək bildiriblər ki, bu gün muxtar respublikada onlarla internet-klub, minlərlə internet istifadəçisi var.
“Onlar sosial şəbəkədən istənilən vaxt və zaman kəsiyində istifadə edə bilirlər. Məktəblilərin internet-klublardan istifadəsinə qoyulan məhdudiyyətlərə gəlincə, şagirdlərin dərs saatlarında internet-klublardan istifadəsi qəbulolunmazdır. Çünki klublardan sərbəst istifadə şagirdlərin dərsdən yayınma hallarına gətirib çıxarır”.
F.Hacıyev vurğulayıb ki, bu gün muxtar respublikada təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələrdə ən son informasiya-kommunikasiya texnologiyalarından istifadə, elektronlaşma böyük müvəffəqiyyətlə həyata keçirilir.
“Əslində sakinlərin internet-klublara ehtiyacı da yoxdur. Çünki hazırda Naxçıvan şəhərinin və rayon mərkəzlərinin əksər ərazilərində istifadəçilər “Wi-Fi” İnternet şəbəkə sistemi vasitəsilə internetə qoşula bilirlər. Yazıda adları qeyd olunan internet-klub sahibləri xəyali adamlardır. Bunlar müəllifin “zəngin” təxəyyülünün məhsuludur”- deyə bildirən nazirlik rəsmisi bu kimi yazıların bəzi qüvvələrin Naxçıvana qərəzli münasibətinin nəticəsi olduğunu bildirib.
RƏVAN
20/11/12 Çap et