Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qax rayonunun 18 kəndi sürətli internetlə təmin edilib
Hazırda Qax rayonunun 18 kəndi sürətli internetlə təmin edilib. Digər kəndlərin sürətli internetlə təmin olunması ilin sonunadək başa çatacaq. Bu barədə Qax Telekommunikasiya Qovşağının rəisi Qazi Omarov məlumat verib.
Məlumatda bildirilir ki, müasir informasiya texnologiyalarından istifadəyə rayonda böyük tələbat yaranıb. Belə ki, hazırda rayon üzrə internet abunəçilərinin sayı 2 minə yaxınlaşır. Bundan 1338 nəfəri şəhər mərkəzi EATS-nin, 625-i kənd ATS-nin abunəçiləridir.
Hazırda Telekommunikasiya Qovşağının əməkdaşları kənd ATS-lərində yeni avadanlıqların quraşdırılmasını həyata keçirir. Prosesin yaxın bir ayda tamamlanması nəzərdə tutulur.
RƏVAN
20/11/12 Çap et