Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İntel”in direktoru şirkəti tərk edəcək
Dünyanın ən böyük mikroprosessor istehsalçısı “İntel” korporasiyasının baş direktoru Pol Otellini 2013-cü ilin mayında istefaya gedəcək. Onu əvəz edəcək şəxsin kimliyi hələlik məlum deyil.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, 62 yaşlı Otellininin istefa qərarı “İntel”in Direktorlar şurası üçün gözlənilməz olub. Korporasiya idarəetmə sistemindəki dəyişikliklərə düzgün yanaşması ilə tanınır və heç vaxt gözlənilməz kadr dəyişiklikləri ilə investorları əsəbiləşdirməyi sevməyib. Ekspertlər bildiriblər ki, hazırkı rəhbərin istefa xəbəri çox qeyri-adidir.
Pol Otellini şirkəti tərk etmək səbəbini hələ ki açıqlamayıb. Hazırda “İntel” fərdi kompüter (FK) üçün prosessor bazarında sözsüz liderdir, eyni sözləri mobil seqment barədə demək mümkün deyil.
“İntel” mobil qurğular üçün öz həllərini yaymağa çalışır. Bu yaxınlarda, hətta 48 nüvəli çip hazırlamasını təqdim edib. Bununla belə, aparıcı istehsalçılar hələ ki “İntel”in mobil çiplərinə üstünlük vermirlər.
Əgər planşet və smartfonlar “Windows” əməliyyat sistemi ilə işləyən FK bazarının payını tutmağa davam etsə, o zaman “İntel” korporasiyası olduqca çətin vəziyyətə düşə bilər.
EMİL
20/11/12 Çap et