Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN və RPİ-nin birgə təşkilatçılığı ilə “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda beynəlxalq konfrans başlayır


21 noyabrda AMEA-nın əsas binasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AMEA Radiasiya Problemləri İnstitutunun  (RPİ) birgə təşkilatçılığı ilə “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda V beynəlxalq konfrans öz işinə başlayır.

 “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, üç gün davam edəcək konfransda dünyanın bir sıra ölkələrindən alimlərin iştirakı gözlənilir. Beynəlxalq tədbirdə həmçinin dünyanın qabaqcıl elmi mərkəzlərində nüvə enerjisi sahəsində çalışan əslən azərbaycanlı olan alimlər də məruzələrlə çıxış edəcəklər.

Konfransda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, nüvə fizikası, nüvə və radiasiya təhlükəsizliyi, radioekologiya, nüvə və radioizotoplu texnologiya və metodların tətbiqi, nüvə biliklərinin toplanması və istifadəsi mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
 



HƏQİQƏT





21/11/12    Çap et