Azərbaycanda onlayn biznes inkişaf edir
Azərbaycanda internet istifadəçilərinin sayı çoxaldıqca bu sahəyə tələbat da artır. İndi bütün şirkətlər öz məhsullarını alıcılara daha sərfəli yolla təqdim etməyə başlayıblar. Bu səbəbdən istehsalçılar internetin verdiyi imkanlardan maksimum istifadə edirlər.
Artıq ölkəmizdə bir neçə sahədə olduğu kimi, insanlara mebel seçimində rahatlığı təmin etmək üçün də bu istiqamətdə saytlar yaradılıb. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, “
mebelin.com” saytı Azərbaycan alıcılarına müxtəlif mebelləri təqdim edir.
Saytdan bildirilib ki, “mebelin.com” mebel çeşidləri ilə yanaşı, həm də Bakıdakı mebel satış mərkəzlərinin ünvanlarını da istehlakçılara təqdim edərək onlara böyük seçim imkanı yaradıb. Saytın məqsədi insanlara evdən kənara çıxmadan, vaxt itirmədən onların tələbatlarını yüksək səviyyədə təmin etməkdir. Burada həmçinin istənilən formada və ölçüdə mebel sifariş vermək də mümkündür.
SEYMUR