Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"В Контакте" şəbəkəsi şəxsi mesajların elektron poçta göndərilməsi xidmətini istifadəyə verib


"В Контакте" sosial şəbəkəsi istifadəçilərə şəxsi mesajları elektron poçta göndərmək imkanı yaradıb. Bunun üçün mesajın göndərilməsi sahəsində dost əvəzinə istənilən elektron ünvanı qeyd etmək lazımdır. Poçt xidmətini istifadəyə vermək haqqında sosial şəbəkə administrasiyası hələ cari ilin aprel ayında məlumat vermişdi. Yaxın vaxtlarda sosial şəbəkə iştirakçıları mesajları elektron poçta, həmçinin qrup dialoqlarından göndərmək imkanı əldə edəcəklər. Sosial şəbəkənin “vk.com” beynəlxalq domenə keçirilməsindən sonra istifadəçilər mesajları yalnız elektron poçta göndərmək deyil, həm də onları qəbul edə biləcəklər.

cybersecurity.ru




25/07/11    Çap et