Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Simsiz şəbəkələrin səmərəliliyi 2 dəfə artırılacaq


Kaliforniya Universitetində çalışan alimlərin hazırladığı metod simsiz şəbəkələrin səmərəliliyini 2 dəfə artıra bilər.

İnbo Xua və Pin Lyan bildirib ki, onlar verilənlər mübadiləsinin tamdupleks rejimdə modelini hazırlayıblar. Qeyd edək ki, tamdupleks rejimdə daxil və çıxış trafiki bir tezlik zolağında ötürülür.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, əvvəllər də tamdupleks sistemi yaratmaq cəhdləri edilib, lakin hazırda tədqiqatçılar çıxış və daxil siqnalları arasındakı maneəni aradan qaldırıblar. Belə olan halda isə spektrin effektivliyi 2 dəfə artır.

Lakin alimlərin yeni üsulu hələlik yalnız nəzəriyyədə mövcuddur. Bununla belə, onlar artıq operator və telekommunikasiya avadanlığı istehsalçıları ilə danışıqlar aparmağa başlayıblar.



EMİL





21/11/12    Çap et