Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İstifadəçilərin 66 faizi pornosaytlara ofisdən daxil olurlar
Cinsi terapiya sahəsində almaniyalı mütəxəssis Kristof Alersin məlumatına görə, hər gün dünyanın ən populyar saytına təxminən 60 milyon insan daxil olur və onların 66 faizi pornoya baxmaq üçün ofisdəki işçi kompüterindən istifadə edir. Alers bu barədə cinsi sferanın pozğunluqlarının müalicəsi məsələlərinə həsr edilmiş konfrans çərçivəsində bildirib.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, amerikalıların 3 faizi iş vaxtı pornosaytlara baxdıqlarını etiraf ediblər.
EMİL
21/11/12 Çap et