Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ən ucqar kəndlərdə belə əhalinin internetdən istifadə etməsi üçün sistem yaradılıb”


“Əhalinin 65 faizdən çoxu internetdən istifadə edir. Ən ucqar kəndlərdə belə əhalinin internetdən  istifadə etməsi üçün sistem yaradılıb”. Bu sözləri “ICTnews” elektron xəbər xidmətinə açıqlamasında “Aztelekom” İB-nin baş direktoru Məhəmməd Məmmədov bildirib. Onun sözlərinə görə, bu il regionlarda daxili investisiya hesabına 2000 km-dən çox müxtəlif tutumlu kabellər çəkilib.

“Kəndlərdə yaradılan  dayanıqlı infrastrukturun nəticəsində yalnız bu il respublikamızın  46-dan çox rayonunda  400-ə yaxın kənd super-internet magistralına qoşulmaq imkanı əldə edilib. Respublikamızın internet bazarında  azad rəqabət mühiti yaradılıb. Bu gün  ölkəmizdə onlarla internet provayderlər bölgələrdə yüksəkkeyfiyyətli internet xidməti göstərməkdədir”- deyə baş direktor bildirib.

Qeyd edək ki, bu ilin sonunadək “Aztelekom” İB regionlarda genişzolaqlı internetin inkişafı konsepsiyasını başa çatdırmağı planlaşdırıb.



RƏVAN





21/11/12    Çap et