Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikalı uşaqlar yeni il üçün “Apple” şirkətinin məhsullarını hədiyyə istəyir


“Nielsen” analitik şirkətinin hesabatına əsasən, ABŞ-da 6-12 yaşlı uşaqlar arasında yeni il üçün ən arzuolunan hədiyyə “Apple” şirkətinin qurğularıdır. İlk beşlikdə “iPad”, “iPod touch”, “iPad mini” və “iPhone” qurğuları yer alıb.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, respondentlərin yalnız 20 faizi hədiyyə kimi “iPhone" yox, digər smartfonu, 19 faizi isə “Smart TV” istəyiblər. 6-12 yaşlı uşaqların 8 faizi hədiyyə kimi sadəcə mobil telefon istədiklərini bildirib.







 
EMİL





21/11/12    Çap et