Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nyu-Yorkda taksofonları internetə çıxış imkanına malik sensor panellər əvəz edəcək


Nyu-Yorkda başlanmış pilot proqramı çərçivəsində köhnəlmiş taksofonlar internetə çıxış imkanına malik sensor panellərlə əvəz ediləcək. Kampaniya çərçivəsində 32 düymlü ekranla təchiz edilmiş 250 belə qurğu quraşdırılacaq. Yaxın həftələr ərzində Yunion-skver meydanı ətrafında 10 belə aparat quraşdırılacaq.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, internetə çıxış imkanı elan verənlər sayəsində pulsuz təqdim ediləcək. İstifadəçilər ən yaxın restoran, kafe, mağaza və digər yerlər haqqında məlumat əldə edə biləcəklər.

“Smart Screens” (ağıllı ekran) adlı qurğuların nəzərdə tutulmuş sayda quraşdırılması 2013-cü ilin əvvəlində başa çatacaq. Gələcəkdə Nyu-Yorkun küçələrində quraşdırılmış 12,8 min taksofonun dəyişdirilməsi planlaşdırılır.Layihəni “Cisco Systems” və “City 24/7” şirkətləri həyata keçirirlər.




EMİL





22/11/12    Çap et