Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da avtonom "ovçu”lar yaradılacaq
ABŞ-ın Müdafiə Nazirliyi pilotsuz üzmə aparatlarının yaradılması layihəsini təqdir edib. Onlar ölkənin ərazi sularında patrul keşiyi çəkərək rəqibin sualtı gəmilərini tapa biləcəklər. “Ovçu” aşkar etdiyi sualtı gəmini təyin edilmiş məsafəyə üzənə qədər təqib edəcək. Belə avtonom aparatları silahlandırmaq planlaşdırılmır; onlar yalnız ərazi sularına nəzarət edəcəklər.
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, ilk belə aparatlar yaxın 3 il ərzində hazırlanmalıdır. Aparatın xüsusiyyətləri və xarici görünüşü hələ təsdiq edilməyib, lakin onun qarşısında qoyulmuş tələbə əsasən, o, ən azı 80 gün avtonom rejimdə işləməli və təxminən 6 min kilometr məsafə qət etməlidir. Layihənin həyata keçirilməsinə 58 milyon dollar ayrılıb.
EMİL
22/11/12 Çap et