Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Magistratura səviyyəsinə qəbul imtahanında informatika fənni üzrə istifadə olunan test tapşırıqlarının təhlili təqdim edildi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı ilə əlaqədar informatika üzrə elmi-metodiki seminarın növbəti iclası keçirilib. Seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak ediblər. "ICTnews" elektron xəbər xidmətinə bu barədə TQDK-dan məlumat verilib.
Komissiyadan bildirilib ki, seminar iştirakçılarına magistratura səviyyəsinə qəbul imtahanında informatika fənni üzrə istifadə olunan test tapşırıqlarının (A variantı) statistik göstəricilər əsasında elmi-metodiki təhlili təqdim edildi. İştirakçılar test tapşırıqları ilə bağlı fikir və mülahizələrini bildiriblər. Növbəti seminarda test tapşırıqlarının elmi-metodiki təhlili davam etdiriləcək.
HƏQİQƏT
22/11/12 Çap et