Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Atom Elektrik Stansiyası üçün nəzərdə tutulmuş robot təqdimat zamanı donub


“Toshiba” şirkətinin ictimaiyyətə təqdim etdiyi dördayaqlı robot "Fukusima-1" atom elektrostansiyası reaktorlarının yaxınlığındakı çirklənmiş ərazidə əməliyyatların keçirilməsi üçün nəzərdə tutulub. Mexanizm insanın daxil ola bilmədiyi yerlərdə fəaliyyət göstərə bilir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Toshiba” şirkətində çalışan mühəndislərin sözlərinə görə, hətta radiasiyanın səviyyəsi yüksək olduğu halda robotu idarə etmək mümkündür. “The Washington Post” nəşri qeyd edib ki, maşın olduqca ləngdir. Belə ki, pillələri düşərkən 1 addıma təxminən 10 dəqiqə vaxt gedib.

Təqdimat zamanı xoşagəlməz hadisə baş verib. Belə ki, robot ayağını qaldırarkən donub. Mütəxəssislər onu belə vəziyyətdən çıxarmaq üçün maşını asaraq yenidən yükləməli olublar.

Tetrapodun ölçüləri 62,4 × 58,7 × 107 santimetr, çəkisi 65 kiloqramdır (kq), avtonom iş vaxtı 2 saat təşkil edir. Hərəkət sürəti 1 km/saat, yükqaldırma qabiliyyəti 20 kq-a bərabərdir.
 
EMİL





22/11/12    Çap et