Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” korporasiyası “Windows 8” əməliyyat sistemini piratlara hədiyyə edib
Piratlar “Windows 8” əməliyyat sistemini (ƏS) hələ avqustun əvvəlində açıq girişdə yerləşdiriblər. Piratlar o zamandan etibarən aktivləşdirmə prosesini “sındırmaq” üzərində baş sındırırdılar.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, ən sadə həll kimi “Key Management Services” (KMS) kənar serverlərinin axtarışı hesab olunurdu. Bu metod vasitəsilə 180 gün müddətində işləyən açar əldə etmək mümkündür. Lakin bu metodun çatışmazlığı ondan ibarətdir ki, hər 6 aydan bir aktivləşdirmə prosesini yenidən keçmək lazımdır.
Lakin “Microsoft” səhvən piratlara kömək edib. Belə ki şirkətin saytından “Windows Media Center” (WMC) media oxuducusunu əməliyyat sisteminin pirat surətinə yükləməklə problemi həll etmək mümkündür.
Beləliklə, artıq piratlar torrentdən “Windows 8 Pro” əməliyyat sisteminin qanunsuz surətini yükləyərək onu “KMS” vasitəsilə müvəqqəti aktivləşdirə və pulsuz “WMC” quraşdırmaqla “Microsoft”-dan lisenziya açarı əldə bilərlər.
EMİL
22/11/12 Çap et