Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” 2013-cü ilin sonunda televizor istehsal edə bilər
“Apple” şirkəti 2013-cü ilin sonunda öz ticarət markası altında televizor istehsal edə bilər. Bu barədə “Piper Jaffray”-in analitiki Cin Mansterə (Gene Munster) istinadən “AppleInsider” saytı bildirib.
“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, Mansterin proqnozuna görə, “Apple” şirkəti televizordan başqa digər məhsullar da istehsal edəcək. Analitikin fikrincə, şirkət 2013-cü ilin martında “Retina” ekranla təchiz edilmiş “iPad mini” planşetinin yeni versiyasını, iyunda “iOS” və “OS X” proqram platformalarının yeni versiyalarını, sentyabrda isə “iPhone 5S” smartfonunun cüzi yenilənmiş modelini təqdim edəcək.
Qeyd edək ki, “Apple” şirkətinin öz ticarət markası altında televizor hazırlaması haqqında uzun müddətdir ki şayiələr gəzir. Lakin hələ ki bu barədə rəsmi məlumat yoxdur. Bununla belə, zaman keçdikdə daha çox analitik şirkətin televizor hazırlamasına inanmağa başlayıb.
EMİL
22/11/12 Çap et