Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“AzDataKom” internet abunəçiləri pulsuz elektron imza qazanmaq imkanı əldə edib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi yeni aksiyaya start verib. “ICTnews” elektron xəbər xidmətinə mərkəzdən verilən məlumata görə, aksiya çərçivəsində “AzDataKom”un internet xidmətinin 6 aylıq abunə haqqını əvvəlcədən ödəyən hər bir istifadəçi pulsuz 3 illik elektron imza kartı qazanır.
Qeyd edək ki, elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir. E-imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər: “Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq eyni imkanlar əldə edirlər. Elektron imzanın istifadəsi zamanı sənədlər adi kağız sənədlər kimi hüquqi qüvvəyə malik olur”.
CAHANGİR
22/11/12 Çap et