Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti növbəti flaqman smartfonlar üçün 8 nüvəli çip hazırlayır
“Samsung” şirkəti 2013-cü ilin əvvəlində smartfon və planşetlər üçün nəzərdə tutulmuş 8 hesablama nüvəsinə malik mobil prosessor təqdim edəcək. Şirkətin yeni çipini 2013-cü il fevralın 17-dən 21-dək San-Fransiskoda keçiriləcək “ISSCC” (International Solid-State Circuits Conference) konfransında təqdim edəcəyi gözlənilir.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, çip “ARM big.Little” konsepsiyasına əsaslanacaq.
“EETimes” yazıb ki, “Samsung” yeni 28 nanometrlik texnologiya üzrə hazırlanmış prosessorunu 4 nüvə üzrə iki klasterə böləcək. Birincinin tərkibinə zəif “ARM Cortex A7” (takt tezliyilə nüvəyə 1,2 QHs), ikincisinə isə çox məhsuldar “Cortex A15” (1,8 QHs və 2 MB L2 keş) daxil ediləcək.
EMİL
22/11/12 Çap et