Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əfqanıstan “YouTube” videohostinqini blokdan çıxarır


Əfqanıstanın Rabitə və Texnologiya Nazirliyi ölkə ərazisində “YouTube” videohostinqini blokdan çıxarmaq haqqında göstəriş verib. Bu barədə “Pajhwok” yerli agentliyi məlumat verib. Əfqan provayderləri noyabrın 24-də xidmətə giriş imkanını açacaqlar.

Xatırladaq ki, Əfqanıstanda videohostinq 2012-ci il sentyabrın 13-də orda yerləşdirilmiş "Müsəlmanların günahsızlığı" filminə görə blok edilmişdi.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Pajhwok” agentliyi qeyd edib ki, Əfqanıstanda “YouTube”-la birgə “Google” da blok edilmişdi, lakin daha sonra axtarış sistemi yenidən açılmağa başladı. Ölkə ərazisində videohostinqin blokdan çıxarılmasını İnformasiya və Mədəniyyət Nazirliyi təklif edib.




EMİL





22/11/12    Çap et