Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ən etibarlı kompüter markaları hansılardı?
Amerikanın “Consumer Reports” jurnalı istehlak elektronikası bazarında ən etibarlı markaların reytinqini dərc edib.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, reytinqdə 78 faiz bal toplamış “Apple” şirkəti amerikalı istehlakçılar arasında ən böyük məmnunluq dərəcəsinə malik ticarət markası seçilib. Sonrakı yerlərdə 59 faiz göstəriciyə malik “Dell” və “Lenovo” şirkətləri yer alıb. “Acer”, “Asus”, “Emachines”, “HP”, “Gateway” və “Toshiba” şirkətlərinə isə az etibar edirlər; onların göstəriciləri 54-56 faiz arasında dəyişilir.
Nüfuzlu nəşrin icmalçıları “Apple” şirkətinin rəqibləri qarşısındakı bəzi üstünlüklərini (qabaqcıl dizayna malik daha keyfiyyətli kompüterlər və yeni bahalı texnologiyaların tətbiqi) açıqlayıblar. 2012-ci ilin üçüncü rübündə Kaliforniya korporasiyası 4,9 milyon ədəd “Mac” kompüteri satıb.
“Apple” rəqiblərini texniki dəstək xidmətinin keyfiyyətinə görə də üstələyib. Şirkət problemlərin təxminən 75 faizini həll edib. Müqayisə üçün, ən yaxın izləyicisi “Dell” şirkəti müştərilərinin problemlərinin yalnız 61 faizinin öhdəsindən gələ bilib.“Apple” stolüstü FK-in etibarlılığı nominasiyasında da birinci pillədə qərarlaşıb.
EMİL
23/11/12 Çap et