Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq 5000 müəllim rəsmi elektron poçt xidmətindən istifadə edir


Korporativ elektron poçt xidmətindən qeydiyyatdan keçmiş müəllimlərin sayı 5000 nəfərə çatıb. “ad.soyad@teacher.edu.az” elektron poçtu ilə müəllimlər Təhsil Nazirliyi, “Microsoft Azərbaycan” şirkəti və “Mədəd Azərbaycan” təşkilatının birgə fəaliyyəti sayəsində “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təchiz olunmaqdadır.  
 
Layihə çərçivəsində müəllimlərin poçt ünvanları “teacher.edu.az” domeni adı altında açılıb. Elektron poçt ünvanları “Microsoft Live@Edu” texnoloji platformasının bazasında işləyir. “@teacher.edu.az” aşağıdakı üstünlüklərə malikdir:

10 Giqabaytlıq təhlükəsiz poçt qutuları;

müəllimlər şəbəkəsində məlumat mübadiləsi;

ani yazışma sistemi;

çevik axtarış sistemi;

fərdi iş planlaşdırılması alətləri;

şəbəkə qruplarının yaranması (maraqlara və ixtisaslara uyğun);

böyük həcmli faylları internetdə saxlamaq üçün 25 Giqabaytlıq web-məkan.

“Microsoft Azərbaycan” şirkətinin Təhsildə Əməkdaşlıq Proqramının meneceri Emin Axundovun sözlərinə görə,@teacher.edu.az” elektron poçtu Dövlət Proqramı çərçivəsində təlimlərdən keçən, həmçinin “Elektron məktəb” layihəsinə qoşulmuş məktəblərin müəllimlərinə təqdim edilir. Artıq bir sıra məktəblərdə bütün kollektiv@teacher.edu.az” elektron poçt xidmətinə keçmişdir. Bu proses təlim prosesinin idarə olunmasını və müəllimlər arasında təcrübə və məlumat mübadiləsini tamamilə yeni bir səviyyəyə yüksəldib. Bu təşəbbüsün əsas məqsədi müəllimlərin İnternet vasitəsilə peşəkar informasiya mübadiləsini həyata keçirməkdir. Bununla bərabər, təhsil işçilərinin rəsmi e-poçt ünvanları ilə təchizatı təhsil sistemində elektron idarəetmənin və sənəd dövriyyəsinin tətbiqinə zəmin yaradan amillərdən biridir.

RƏVAN
 






23/11/12    Çap et