Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda İKT-nin təhsildə tətbiqinə həsr olunmuş “XXI Əsrdə Yeni Təhsil Yanaşması” mövzusunda konfrans keçiriləcək
Bakıda 27 noyabr tarixində təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə həsr olunmuş “XXI Əsrdə Yeni Təhsil Yanaşması” mövzusunda konfrans keçiriləcəkdır. Konfrans Təhsil Nazirliyinin dəstəyi ilə “Edumedia-Azərbaycan” və “Promethean” təşkilatları tərəfindən təşkil ediləcəkdir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İKT İnformasiya Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, konfrans çərçivəsində XXI əsr təhsili və əsas hədəflər, elektron təhsil məzmunu, qiymətləndirmə növləri, şagirdyönümlü təhsil, interaktiv sinif texnologiyaları, təhsildə texnologiyaların istifadəsi üzrə dünya təcrübəsi və uğurlu layihələr mövzularında müzakirələr keçiriləcəkdir.
HƏQİQƏT
23/11/12 Çap et