Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nar Mobile”: “Ödəmə kartlarının süni artırılmış qiymətlə satışı qəti qadağandır”
“Nar Mobile” mobil operatoru balansı artırmaq üçün 2, 5, 10, 20 və 50 AZN nominalında ödəniş kartlarını satışa çıxarır. Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan nominallar üzrə ödəniş kartlarının başqa və ya süni artırılmış qiymət ilə satışı qəti qadağandır və qeyri-qanunidir.
“Nar” ödəmə kartlarını “Nar Dünyası” satış və xidmət mərkəzlərində, diler dükanlarında və ya digər ticarət məntəqələrində əldə etmək mümkündür.
Bundan əlavə, “Nar” abunəçiləri balanslarını bank və ya bank filialları, AXM-lər, poçt və “Paypoint” köşkləri, həmçinin internet vasitəsilə də (GoldenPay və Azericard) ödəyə bilərlər.
23/11/12 Çap et