Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Noyabrın 25-də Çində müasir texnologiyalara dair sərgi işə başlayacaq
Müasir texnologiyalar və sensor ekranlara dair beynəlxalq Çin sərgisi – “China International Touch Screen” (C-Touch) ənənəvi olaraq ildə iki dəfə (iyulda Şanxayda, noyabrda Şençjendə) keçirilir. Builki “C-Touch 2012” sərgisinin payız sessiyası noyabrın 25-dən 27-dək Şençjen şəhərinin “Shenzhen Convention & Exhibition Center” (SZCEC) kompleksində reallaşacaq. Tədbir sahə üzrə son dünya tendensiyalarını, yeni konsepsiyaları, innovasiya məhsullarını və sensor displey panelləri sənayesinin xidmətlərini nümayiş etdirəcək.
Sərgidə sensor panellər və ekranlar, televizorlar, monitorlar, sensor panelə malik cihazlar, proqram təminatı, elektronika, elektron komponentlər, sensor panellər və ekranlar üçün modullar, yeni materiallar, istehsal avadanlığı, səthi emal və quraşdırılma texnologiyaları, ölçü, kontrol və yoxlama sistemləri, avtomatlaşdırma sistemləri, planlaşdırma xidmətləri, dizayn hazırlamalar təqdim ediləcək.
“C-TOUCH Shenzhen 2012” sərgisi ilə yanaşı, yeniliklərə, o cümlədən Çinin və regionun sensor ekranları bazarının perspektivlərinə həsr edilmiş texnologiya forumu keçiriləcək. Qeyd edək ki, ötən il 11 ölkədən 393 eksponent və 33 ölkədən 26564 ziyarətçi sərgiyə qatılıb.
CAHANGİR
23/11/12 Çap et