Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni şəbəkə “soxulcan”ı İrana hücum edir


“Symantec” antivirus şirkəti İrandakı hədəflərə yönəldilmiş və  vəzifəsi SQL verilənlər bazasını zədələmək olan zərərli proqram təminatını aşkar edib. Yeni zərərli kod “W32.Narilam” adlandırılıb.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Symantec”in mütəxəssisi Suniçi İmano qeyd edib ki, antivirus şirkəti “Narilam”ı texniki cəhətdən aşağı təhlükə dərəcəsinə malik kod kimi təyin edib, çünki onun yayılma sahəsi İran və qismən də Böyük Britaniya və ABŞ-ı əhatə edir.

Qeyd edək ki, “Narilam” populyar “Stuxnet”lə bir sıra oxşarlıqlara malikdir. Belə ki, “Narilam” da “Stuxnet” kimi çıxarıla bilən daşıyıcılar və ümumi şəbəkə resursları vasitəsilə yayılan şəbəkə “soxulcan”ıdır.

Onun sözlərinə görə, “soxulcan” bundan artıq ziyan vura bilmir,  çünki silinmiş məlumatları ehtiyat surətlərdən bərpa etmək mümkündür, lakin o, İT administratorlarına müəyyən başağrısı yarada bilər.
 
EMİL





23/11/12    Çap et