Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ASAN” «Facebook»da


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN” xidmət) “Facebook” sosial şəbəkəsində və “YouTube”-da rəsmi səhifələri açılıb. 

“ICTnews” elektron xəbər xidməti Dövlət Agentliyinə istinadən bildirir ki, bununla yanaşı, xidmətin fəaliyyəti ilə bağlı vətəndaşlara ətraflı məlumat verən çarxlar internetdə yerləşdirilib. (http://www.youtube.com/watch?v=-onNFKGxQfY&feature=plcp və  http://www.youtube.com/watch?v=WUdTIypVHEg&feature=plcp)
 
“YouTube”-da yerləşdirilən video ilə bildirilir ki, "ASAN” xidmət mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edəcək, vətəndaşların vaxt itkisini azaldacaq. Mərkəzlər, həmçinin təqvimin bütün günlərində vətəndaşlara fasiləsiz xidmət göstərəcək.




SEYMUR





23/11/12    Çap et