Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Hamadun Ture: “Azərbaycan İKT sahəsinin regional şəbəkəsi üçün ideal mərkəzə çevirilir”
-Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunun əsas mövzusu "Davamlı İqtisadi və Sosial İnkişaf üçün İnternet İdarəçiliyi"dir. Sizin fikrinizcə, dünya ölkələrinin hökumətləri hansı yolla İnkişaf naminə İnternet İdarəçiliyi məsələləri ilə əlaqədar qarşılıqlı sərfəli razılığa gələ bilərlər?
İnternetdən İstifadənin İdarə edilməsi bir ölkədə digərinə nisbətən fərqli ola bilər, lakin getdikcə daha çox ölkələr İnternet, onun stabilliyi və təhlükəsizliyi və sonrakı inkişafı ilə əlaqədar məsələlərə maraq göstərir və narahatlıqlarını bildirirlər.
İnternet və onun əlavə proqramlarından istifadə hal-hazırda bizim həyatımızın, xüsusilə də bizim cəmiyyətimizin indiki və gələcək fəaliyyətinin əsas hissələrindən biridir. Hökumətin mühüm rolunu nəzərə almaqla İnternetdən istifadənin idarə edilməsi sahəsində müxtəlif maraqlı tərəflər, mədəniyyətlər və nöqteyi-nəzərlər arasında qarşılıqlı münasibətin vacibliyini qeyd etmək istərdim.
İnternet İdarəçilik Forumu (İİF) hökumətin İnternetdən istifadənin idarə edilməsində rolu və digər maraqlı tərəflərin roluna münasibətinin ən gözəl nümunəsidir. İİF Cəmiyyətin İnformasiya ilə Təminatı məsələsində nə vaxtsa keçirilən müzakirələrin içərisində ən genişmiqyaslı, hərtərəfli və ehtiva edilmiş İnformasiya Cəmiyyət üzrə Dünya Sammitinin (İCDS) əsas yekunlarından biri olmuşdur. Başlanğıc olaraq hökumət, özəl sektor, dövlətlərarası təşkilatlar və vətəndaş cəmiyyətləri ümumi rifah üçün əl-ələ verib birgə çalışıblar.
-Bu gün Azərbaycan siyasi, iqtisadi və sosial sahələrdə vacib layihələri həyata keçirir. Məlumdur ki, Hökumət İT sahəsinin inkişafını sosial həyat üçün birinci dərəcəli məsələlərdən biri hesab edir. Siz ölkənin nailiyyətlərini necə qiymətləndirirsiniz?
- Azərbaycanda İKT sektoru son 8 il ərzində beş dəfə genişlənmişdir.
BTİ-nin statistikası göstərir ki, 2011-ci ilin başlaması ilə Azərbaycanda hər 1000 nəfərə mobil telefon xətlərinin sıxlığı 99%-ə çatmışdır – elə 5 ildə abunələrin sayı 2.2 milyondan 9.1 milyona qədər dəyişmişdir.
İddia etmək olardı ki, buna Azərbaycanda ÜDM-nın əhəmiyyətli dərəcədə artımı səbəb olmuşdur. Həmçinin İKT sahəsinin yaxşı mənimsənilməsi burada ÜDM-nın artımında əsas hərəkətverici mexanizm olmuşdur.
Doğrudan da mən bunu görməyimə çox şadam ki, İKT sektoru hal-hazırda enerji sektorundan sonra Azərbaycan iqtisadiyyatının ikinci daha tez inkişaf edən sektorudur və burada məqsəd kənd yerlərindəki əhalinin genişzolaqlı texnologiyalardan yararlanmasını təmin etməklə bütün 6000 Azərbaycan kəndini yüksəksürətli əsas xəttə qoşmaqdır.
2011-ci ildə Cenevrədə keçirilən Genişzolaqlı rabitə üzrə sammitdə nazir Əli Abbasov qeyd etmişdir ki, Azərbaycan İKT sahəsinin 2025-ci ilə qədər ölkənin ən yüksək gəlir əldə edən sahəsi kimi neft və qaz sahəsini geridə qoyacaq. Bu istiqamətdə cəhdlər Azərbaycanın Asiya və Avropa arasında özünəməxsus mövqeyini əks etdirir və onu İKT sahəsinin regional şəbəkəsi üçün ideal mərkəzə çevirir.
- 2010-cu ildən etibarən Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sosial və iqtisadi inkişaf üçün əsas proqram kimi çıxış edən genişzolaqlı texnologiyalardan yararlanan Rəqəmsal İnkişaf üzrə Komissiyanın sədri seçilmişdir. Onun Genişzolaqlı Rabitə üzrə Komissiyanın fəaliyyətində rolu barədə nə düşünürsünüz?
Biz bütün dünya üzrə altı milyondan çox mobil telefon xətti və hal-hazırda 100-dən artıq ölkədə 100%-i keçən mobil nüfuzetmə vasitəsilə, demək olar ki, bütün dünya əhalisi ilə virtual əlaqə yaratmışıq və əsas kommunikasiyaların cəlb edilməsində çox uğurlar əldə etmişik.
Lakin 21-ci əsrdə aydın olmuşdur ki, bizə sadə mobil əlaqədən daha artıq əlaqə növü lazımdır və həmin genişzolaqlı texnologiya sosial və iqtisadi inkişafın irəliləməsi, səhiyyə, təhsil və normal idarəetmə kimi əsas xidmətlərin göstərilməsi üçün, həmçinin davamlı inkişaf üçün həqiqi hərəkətverici mexanizm rolunu oynamaqda əsas olacaqdır.
Elə bu səbəbdəndir ki, BTİ və UNESCO iki il əvvəl Rəqəmsal İnkişaf üçün Genişzolaqlı Komissiyanın əsasını qoymuşdur – məqsəd Minilliyin İnkişaf Məqsədlərinin əldə edilməsində uğurun əldə edilməsi vasitəsi kimi bütün dünya üzrə genişzolaqlı texnologiyanın genişlənmə və uyğunlaşma dərəcəsinin artırılması üçün qüvvələri hərəkətə gətirmək olmuşdur.
Cənab Abbasovun Genişzolaqlı rabitə üzrə Komissiya üzvləri arasında ən fəal üzvlərdən biri olması bizi çox sevindirir və biz həmçinin fərəh hissi duyuruq ki, nazir prezident Burkina Fasonun rəhbərliyi altında "Symantec" və "Kaspersky Lab" şirkətləri, "IMPACT" təşkilatının Beynəlxalq Məşvərətçi Şurasının üzvlərindən biri olmağa razılıq vermişdir.
-
BTİ-nin əsas vəzifəsi hər bir kəs üçün bütün dünyada əlaqə yaratmaqdır. Bu məsələdə hansı problem və imkanlar durur və nə üçün genişzolaqlı texnologiya hal-hazırda bu qədər vacibdir?
Son 20 il ərzində İKT sahəsinin inkişafı üçün son dərəcə münasib vaxt olmuşdur.
"Mobil möcüzə" vasitəsilə biz İKT sahəsini və onun faydalarını bütün dünya əhalisinin - hər bir qitədə və hər bir ölkədə virtual əlaqə hüdudlarında tətbiq etmişik.
Növbəti həlledici addım qlobal əsasda genişzolaqlı texnologiya üçün mobil möcüzəni təkrarlamaq olmalıdır. Genişzolaqlı texnologiya yüksəksürətli İnternetə qoşulma və daha çox və daha tez məlumat əldə etməyə aid deyildir.
Genişzolaqlı texnologiya bizim yaşayış tərzimizi kökündən dəyişdirən və tək varlı mühitdə deyil, həm də hər bir ölkədə, imkanlı və imkansız, inkişaf etmiş və inkişaf edən ölkələrdə davamlı sosial və iqtisadi artmanı təmin etməyə kömək edə biləcək transformasiya texnologiyalarından ibarət bir şəbəkədir.
Genişzolaqlı texnologiya həm gözlənilməyən, həm də öncədən proqnoz verilməsi mümkün olmayan faydalar verməklə milyon sayda üsullar vasitəsilə dünyanı dəyişdirəcəkdir və mən şəxsən səbirsizliklə o anı gözləyirəm ki, dünya tək bizim öncədən ehtimal edəcəyimiz üsullar deyil, əksinə, ehtimal edə bilməyəcəyimiz üsullarla yaxşılığa doğru dəyişəcəyi anın şahidi olum.
İndi isə mənə bizim əmin ola biləcəyimiz bəzi faydalı xüsusiyyətləri sadalamaq imkanı verin:
- Daha sıx əhalisi olan köhnə dünyada genişzolaqlı texnologiya səhiyyə, təhsil və normal idarəetmə kimi əsas xidmət növlərinin göstərilməsinə kömək edəcəkdir.
- Genişzolaqlı texnologiya bizə zamanımızın ən ciddi problemlərinin həll edilməsində kömək edəcəkdir – bunlara iqlim dəyişikliyi və ətraf mühitin davamlılığı aiddir.
- Və bu texnologiya rəqəmsal iqtisadiyyatda məhsul və xidmətlərin yaradılma, çatdırılma və istifadə yollarını inqilabi (yeni) səviyyəyə çatdıracaqdır.
-İKT sahəsinə təsir edə biləcək telekommunikasiya, informasiya və kommunikasiya texnologiyaları sahəsində bu gün hansı istiqamət və məsələlər baş qaldırmışdır? Və İKT sahəsi hökumət üzvlərinə və özəl sektora xidmət göstərən və İKT məsələləri üzrə qlobal təşkilat kimi aktuallığını qoruyub saxlamaq məqsədilə bunlara necə reaksiya verməlidir?
İKT sahəsi nə vaxtsa olduğundan daha çox bu gün bir neçə tələbkar rolda çıxış etmişdir və buraya radio spektrinin ümumi qlobal istifadəsinin koordinasiya edilməsi, peyklər üçün orbital mövqelərin bölüşdürülməsində beynəlxalq əməkdaşlığın yardım, inkişaf etməkdə olan dünyada telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzərində çalışma, əlaqə şəbəkələrinin geniş spektrli maneəsiz qarşılıqlı əlaqəsini quran dünyəvi standartların yaradılması, iqlim dəyişikliklərinin nəticələrinin nisbətən azaldılması və kibertəhlükəsizliyin gücləndirilməsi kimi zamanımızın qlobal problemlərinin həlli daxildir.
Bugünkü gündə daha rəqabətli və dinamik İKT bazarında irəlilədiyimizə görə şirkətlər öz investisiyalarını artırmaq və riski azaltmaq üçün daha çox müraciət edirlər.
Bu, o səbəbdən ola bilər ki, onlar müxtəlif firmalara aid texnologiyalara böyük məbləğdə pul vəsaiti yatırmağa daha az meyillidirlər; onlar daha çox müştərək partnyorluq axtarışındadırlar və xərcləri azaltmaq üçün texnologiya və investisiya qoyuluşunu paylaşdırmaq üçün yolları nəzərdən keçirirlər və burada həmçinin BTİ də əsas rol oynayır.
İKT sahəsi üzrə BMT-nin aparıcı təşkilatı kimi BTİ həm sektorun sağ qolundan, yəni sənayedən, həm də hökumət və nizamlayıcı orqanlardan əsas partnyorları bir yerə toplamaqla işə cəlb etmək imkanına malikdir. Biz irəliyə aparan inkişaf yolunu cızmağa kömək etmək üçün şirkətlərə öz həmkarları, hökumət orqanları və nizamlayıcı orqanlarla danışıqlar aparmağa kömək etmək yolu ilə ictimai və özəl sektorları bir araya gətiririk.
"Ədalətli broker" kimi çıxış etməklə sənaye və hökumət təşkilatlarına konkret addım atmağa kömək etmək üçün onları bir araya gətirmə BTİ üçün yaxın illərdə həlledici rol oynamağa davam edəcəkdir və bu rol BTİ-nin işinin çoxsaylı müxtəlif sahələrində genişləndirilmə əhəmiyyətinə malikdir; standartlaşdırmadan başlayaraq nizamlamaya qədər və daha artıq.
-2012-ci ildə BTİ Ümumdünya Radiorabitə Konfransını (ÜRK-2012); Dünya Standartlaşdırılma Assambleyasının Konfransını (DTSŞ-2012) və Beynəlxalq Telekommunikasiya Qaydaları üzrə Dünya Konfransını (BTDK-2012) təşkil etmişdir. Hansı əsas problemlər müzakirə olunmuşdur və BTİ-nin gələcək rolu nədən ibarət olacaqdır?
"RKDK-12" orbital spektr və resurslardan səmərəli istifadə üçün tezliyin paylaşdırılması və birgə istifadə etmə ilə əlaqədar, bununla da mobil və peyk kommunikasiyaları, dənizkənarı və uçuş nəqliyyatları, həmçinin ətraf mühit, meteorologiya və iqlimşünaslıq, bədbəxt hadisələrin öncədən xəbər verilməsi, azaldılması və maddi yardımla əlaqədar elmi məqsədlər üçün yüksək keyfiyyətli radiokommunikasiya xidmətləri ilə təmin edilmədən əmin olmaqla gündəlikdə duran təxminən 30-a yaxın məsələ qaldırmışdır.
Peyk şəbəkəsinin tezlik təyinatlarından istifadənin istismara verilmə anlayışının aydınlaşdırılmasından əlavə (90 gün davamlı vaxt müddəti ərzində qeydə alınmış orbital mövqedə açılan və saxlanılan peyk) RKDK həmçinin BTİ-nin Radiokommunikasiya Bürosuna peyklərin hərəkət etməsinə dair məlumatla təmin etmək məqsədilə hökumət orqanlarına sorğu göndərmək üçün tapşırıq vermişdir. Tezlik təyinatları üzrə əməliyyat üçün istifadə edilən kosmik gəminin müəyyən edilməsinə dair daha ətraflı məlumat da daxil olmaqla dəqiq məlumat hesabına təkmilləşdirilərək həmçinin 1-ci və 3-cü regionlarda 21-4-22 hiqahers tezliklə işləyən Radio Yayımı üzrə Peyk Xidmətinin (RYPX) inkişaf etdirilməsi və bu sahədə uzun müddət ərzində uğurun əldə edilməsinə dair razılıq əldə edilmişdir.
"RKDK-12" daha sıx olan spektr hissələrində koordinasiya qövslərini ixtisar etməklə peyk koordinasiyasını yaxşılaşdırmışdır və daha sonrakı ixtisaretmə imkanlarına nəzər yetirəcəyinə razılıq vermişdir.
-Yaxın illər ərzində siz hansı məsələlərin həllini qarşıya məqsəd qoymusunuz?
Bir çox məsələlər vacibdir. Gənclər daha həvəsli istifadəçi hesab edilirlər və İKT-yə daha tez uyğunlaşırlar. Lakin bu gün yüksək göstəricili işsizlik, daha ucuz təlim və təhsil imkanına ehtiyac duyulması və xüsusilə də çox gənc istifadəçilərin lazımi qaydada onlayn müdafiəsinə ehtiyac duyulması kimi bir çox problemlərlə üzləşirlər.
BTİ-nin Uşaqların Onlayn Müdafiəsi üzrə təşəbbüs proqramı BMT-nin digər təşkilatları və partnyorları ilə birgə təhlükəsiz onlayn davranışa dair məsləhətlər vermək yolu ilə beynəlxalq əməkdaşlıq şəbəkəsi kimi bütün dünya üzrə uşaqların onlayn müdafiəsi prosesinə dəstək olmaq üçün işə salınmışdır. Bu cəhdləri daha da irəli aparmaq məqsədilə BTİ Kosta-Rika dövlətinin dəvəti ilə 2013-cü ildə Kosta-Rikada texnologiya və gənclərin problemlərinə dair əsas qlobal hadisələr barəsində çağırış elan edəcəkdir.
BTİ-nin həmçinin yaşıllaşdırma iqtisadiyyatının inkişafında və uşaqlarımız da daxil olmaqla sonrakı nəsillərimiz üçün ətraf mühit cəhətdən daha davamlı mühitin yaradılmasında xüsusilə həlledici rolu olmuşdur. İKT sahəsi özü istixana effektinin yaranmasında səbəb olursa da, hal-hazırda qlobal istixana effektinin yayılmasının təxminən 2-2.5%-ni təşkil etməsinə baxmayaraq həmçinin bütün digər sektorlarda, xüsusilə iqlim dəyişikliklərinə səbəb ola biləcək ərazilərdə karbon qazının havaya buraxılmasını azaltmağa yardım edilməsində xüsusi rol oynayır. İKT intellektual şəbəkələr, intellektual nəqliyyat sistemləri kimi "ağıllı" texnologiyalardan istifadə etmək və ya bir çox proses və xidmətlərin "materiallaşdırılması" və rəqəmsallaşdırılması yolu ilə əhəmiyyətli dərəcədə nəqliyyat və enerji sektorlarından, həmçinin bir çox sənaye sahələrindən havaya atılan zərərli maddələrin miqdarını azaltmağa kömək edə bilər
. Misal üçün, İKT həmçinin peyk monitorinqi vasitəsilə vaxtlı-vaxtında əkin və məhsul yığımı, irriqasiyadan daha effektiv istifadə hesabına kənd təsərrüfatı sahəsinin daha da məhsuldar olmasında əhəmiyyətli rol oynaya bilər.
BTİ iqlim dəyişikliyi sahəsində əsas rol oynayanlardan biri hesab edilir və havaya karbon qazının buraxılmasını azaltmağa, həmçinin İKT-nin verə biləcəyi faydaları dəyərləndirmə imkanına malik olan standartların yaradılmasına kömək etmək məqsədilə İKT sənaye sahəsi ilə çalışır. Bundan əlavə BTİ zəmanət verir ki, iqlim dəyişikliyinin monitorinqi üçün tələb olunan spektr və peyk orbitləri düzgün şəkildə yerləşdirilmişdir və inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə uyğunlaşmaq üçün istifadə edə biləcəyi yeni üsulları tədqiq edir. Buna misal olaraq ən son fəaliyyət sahəsinə bədbəxt hadisələr zamanı milyonlarla insan həyatını xilas etməyə imkan verən erkən xəbərdarlıq sistemlərində İKT-dən istifadə daxildir.
İKT yüksək səviyyədə sosial inkişafın artımını dəstəkləmə və irəliyə aparmaq üçün güclü vasitələrə malikdir. BTİ İKT-nin genişlənməsinə rəhbərlik etməyə davam edəcəkdir. Biz əvvəlki kimi qətiyyətli surətdə diqqətimizi radio tezliyi spektrinin effektiv idarəetməsi, yeni texniki standartların müştərək inkişaf etdirilməsi və inkişaf etməkdə olan ölkələrə öz İKT sahələrinə cəlb edilmələrində irəliləməyə kömək etmək üçün işlənib hazırlanan yeni təşəbbüs növlərində cəmləşən öz əsas tapşırığımızda cəmləşdirmişik.
Biz həmçinin əhalisinin şəbəkəyə qoşulması sahəsində xüsusi problemlərlə qarşılaşan İnkişaf edən Xırda Ada Dövlətlərinə və Dənizə çıxışı olan İnkişaf etməkdə olan Dövlətlərə kömək etmək üçün hazırlanan proqramlara xüsusi diqqət yetiririk.
Və mən bizim əməkdaşlıq bazamızı gücləndirməyin yeni üsullarını kəşf etmək üçün BTİ-nin daxili iş proseslərinin səmərəliliyinin sonrakı inkişafını gücləndirməyə və 147 ildən çox müddət ərzində xidmət etdiyimiz sənaye sahəsinə öz təsirimizi artırmağa davam edirəm.