Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BMT: İki milyarddan çox insan indi internetə qoşulur, lakin rəqəmsal fərq aktual olaraq qalır


İnternetin sürətli inkişafı və genişlənməsini səbəb göstərərkən,  Birləşmiş Millətlərin yüksək rəsmisi davam edən rəqəmsal fərqi aradan qaldırmaq və onun faydalarından dünyada hər kəsin istifadə etməsini təmin etmək üçün böyük səy göstərdi.

2011-ci ilin sonunda dünyada 2.3 milyard internet istifadəçisi var idi, BMT-nin İqtisadi və Sosial İşlər üzrə baş katibin müavini Vu Honqbo Bakıda, Azərbaycanda İnternet İdarəçilik Forumu (İGF)-dakı çıxışında qeyd etdi. Əlavə olaraq, sabit genişzolaqlı internet istifadəçilərinin sayı 590 milyon qiymətləndirilərkən, genişzolaqlı mobil internet istifadəçilərinin sayı 1 milyardı keçib.

"Bu tərəqqi mütləq əhəmiyyətli olduğu kimi, bizim rəqəmsal fərqi aradan qaldırmaq üçün kollektiv səylərimizi göstərmək üçün uzun bir yolumuz var," 2011-ci ilin sonuna qədər inkişaf etməkdə olan dünyada əhalinin yalnız dörddə birinin onlayn olduğunu qeyd edərək o iştirakçılara dedi.

 "İnkişaf etməkdə olan dünyada internet istifadəçilərinin belə aşağı sayı İnternetin faydalarından yararlanmaq və davamlı inkişafı irəlilətmək üçün hər kəsə kömək etmək məqsədilə müvafiq siyasətin formalaşdırılması və həyata keçirilməsində cəhdlərin artırılması üçün bizi səsləyir"- cənab Vu vurğuladı.
 "Bu bizim hər birimizin vəzifəsidir,"- o əlavə etdi. "İnternet İdarəçilik Forumu məlumatlandırma,  müzakirə təşəbbüsü, rəqəmsal fərqə müraciət etmək üçün yolların müəyyənləşdirilməsi və siyasi qərarlar vermə prosesinin məlumatlandırılması üçün vacib məkandır."  "IGF" 2006-cı ildə BMT-nin baş katibi tərəfindən İnternet idarəetmə məsələləri ilə bağlı dialoq üçün çoxtərəfli forum kimi çağırılıb.

Buraya hökumətlərin, hökumətlərarası təşkilatların, biznes nümayəndələrinin, texniki ictimaiyyətin, vətəndaş cəmiyyəti təşkilatlarının, həmçinin İnternet idarəçilik məsələləri ilə maraqlanan hər bir fərdi internet istifadəçisinin iştirakı daxildir. Builki Forumun mövzusu "Davamlı İnsan, İqtisadi və Sosial İnkişaf  üçün İnternet İdarəçiliyi"dir və bütün ölkələrdə inkişaf müxtəlif aspektlərin təkamülündə İnternetin artan rolunu əks etdirir. "Aydındır ki, internet inkişaf üçün mühüm vasitədir,"- cənab Vu vurğuladı. "Bu,  sağlamlıq, təhsil, kənd təsərrüfatı və sənaye, fəlakət və ətraf mühitin mühafizəsi də daxil olmaqla bir çox sahələrdə istifadə olunur".
 
O qeyd etmişdir ki, ümumdünya rabitə əlaqələri indi  əvvəlkinə nisbətən daha sürətli və asandır. Teletibb və elektron –dərs sistemləri ucqar ərazilərdə yaşayan əhali üçün hal-hazırda mövcuddur və inkişaf etməkdə olan ölkələrdə, mobil texnologiyalar, sahibkarlıq imkanlarını yaradaraq milyonlarla qadınların səlahiyyət və hüquqlarını gücləndirir. Mühüm dövlət xidmətlərinin təmin olunmasında İnformasiya və kommunikasiya texnologiyalarından istifadə (İKT) də artmaqdadır. Bu həftənin görüşü, dekabrın 3-dən 14-nə kimi davam edəcək və Birləşmiş Ərəb Əmirliklərində,  Dubayda keçiriləcək  Beynəlxalq Telekommunikasiya üzrə Dünya Konfransının (WCIT-12), başlamasına bir ay qalmış baş verir və  1988-ci il tarixli Beynəlxalq Telekommunikasiya Əsasnamələri  (BTƏ) nəzərdən keçiriləcəkdir.
 
BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture Forumda iştirakçılara demişdir: "Cari İTR-lar mobil inqilab və informasiya cəmiyyətinin əsasını qoymuşdur və biz əminik ki, 2012-ci ilin İTR-ları bilik cəmiyyətinə qədəm qoymağa kömək edəcəkdir. Sadəcə olaraq desək, "WCIT-12" İKT-larının bütün dünya əhalisinin ixtiyarına vermək deməkdir". "WCIT" və    İnternet  ilə əlaqədar olaraq,  cənab Ture BTİ və ya BMT haqqında yanlış təsəvvür yaradan hekayələrin "İnternet üzərindən əldə edilməsi  fikrini" "mənasız" kimi təsvir etmişdir. "BTİ İnternet sahəsində öz rolunu oynamağa davam edir, çünki  İnternet və İnternet texnologiyalarının  kritik transfer  təbəqələri üçün BTİ və BTİ-nin təsdiq etdiyi dünya standartları  vasitəsilə biz İnternetin ilk mərhələlərində  bir çox işlər görmüşük"- o demişdir. "Lakin bu, BTİ-nin  "İnterneti ələ keçirməsi" və ya "İnternetə tam nəzarət etməsi" demək deyil, həqiqətdə isə  mən praktik ifadələr ilə bunun həqiqətən nə məna verdiyini bilmirəm".





24/11/12    Çap et