Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Galaxy Note II" smartfonunun 2 SİM-kartı dəstəkləyən versiyası təqdim edilib


"Samsung" şirkəti "Galaxy Note II" smartfon funksiyasına malik olan mini-planşetin yeni modifikasiyasını təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, qurğu 2 ədəd SİM-kartın (standart SİM və MicroSİM) quraşdırılmasına imkan verir.

Qurğunun əsas texniki xüsusiyyətləri olduğu kimi saxlanılıb: 1.6 QHs takt tezliyində işləyən 4 nüvəli "Exynos" prosessoru, 2 Qb əməli yaddaş və 16 Qb daxili yaddaş, "Wi-Fi" (802.11a/b/g/n) və "Bluetooth 4.0" adapterləri, "GPS", 8 meqapikselli kamera və "MicroSD" slot. 3100 milliamper/saat tutumlu batareya enerji ilə "qida"lanmanı təmin edir.

Hibrid qurğuya "Android 4.1 Jelly Bean" əməliyyat sistemi (ƏS) quraşdırılıb. Ölçüləri 151,1×80,5×9,4 millimetr, çəkisi 183 qram təşkil edir.Yenilik dekabrın 3-də Çində satışa 700 avroya çıxarılacaq. Digər regionlara tədarüklərin başlama tarixi haqqında hələ ki məlumat verilmir.
 
EMİL





24/11/12    Çap et