Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” bir neçə aydan sonra elastik smartfon istehsal edə bilər


Şayiələrə inansaq, “Samsung” sirkəti artıq 2013-cü ilin əvvəlində elastik smartfonunu istehsal etmək niyyətindədir. Belə telefonların ekranı şüşədən deyil, plastik kütlədən hazırlanacaq. Bundan başqa, belə telefonları sındırmaq, demək olar ki, mümkün deyil.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, şirkət artıq yeni ekranını bəzi müştərilərinə göstərib. “The Wall Street Journal” nəşrindən verilən məlumata görə, yeni texnologiya son hazırlama mərhələsindədir. Ekranda şüşə əvəzi elastik polimerlərdən istifadə edildiyinə görə qurğu plastikdir. Yeni ekranları əymək və əzmək olar.

Qeyd edək ki, “Samsung”un 800x480 piksel təsvir ölçülü elastik “OLED” ekrana malik “Galaxy Skin” telefon konseptini nümayiş etdirməsindən təxminən 1 il ötüb. Lakin qurğu indiyə qədər satışa çıxarılmayıb. Ehtimal ki, elastik ekran və qurğuların yaradılması heç də asan deyil.

EMİL




26/11/12    Çap et