Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” mobil prosessor seqmentinin inkişafını sürətləndirəcək


Tayvanın "Digitimes" nəşrinin məlumatına görə, "İntel" korporasiyası mobil çip seqmentinin inkişafını sürətləndirmək niyyətindədir. Atılacaq bu addım "İntel"in digər mobil çip istehsalçıları, ilk növbədə "ARM Holdings" şirkəti ilə rəqabət aparmasında yardımçı olacaq.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "İntel" mobil həllər bazarında mühüm irəliləyiş əldə etməsə də, gələcəkdə məhz zəif prosessorlar şirkətin əsas maliyyə mənbəyi ola bilər.

"İntel"in hesablamalarına görə, "Atom" prosessorları yaxın gələcəkdə enerji sərfiyyatı planında "ARM" çiplərlə rəqabət apara biləcək.

EMİL




26/11/12    Çap et