Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Gangnam Style” klipi “YouTube”-da rekorda imza atıb (VİDEO)
"Gangnam Style" klipi "YouTube" video hostinqində rekord sayda baxış toplaya bilib. Bundan əvvəl Castin Biberin "Baby" kompozisiyası lider idi.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, hazırda "Gangnam Style" klipinə 803695387 dəfə, "Baby" videoçarxına isə 803653685 dəfə baxıblar. Beləliklə, gün ərzində Koreya reperinin klipinə orta hesabla 4961082 dəfə baxırlar.
"Gangnam Style" klipi "layk"ların sayına görə də rəqibini üstələyir.