Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung Note II” smartfonlarının tədarük həcmi 5 milyona çatıb
"Samsung Electronics" şirkəti "Samsung Note II" smartfonlarının tədarük həcminin 5 milyona çatdığını bəyan edib. "ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "Samsung" noyabrın əvvəlində "Note II" smartfonunun tədarük həcminin 3 milyon təşkil etdiyini qeyd etmişdi.
Qeyd edək ki, qurğu 128 ölkədə satılır.
EMİL
26/11/12 Çap et