Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Özəl və dövlət sektorunda innovasiya təlimi keçiriləcək


Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və “PricewaterhouseCoopers” (PwC) Azərbaycan şirkəti tərəfindən “Özəl və Dövlət Sektorunda Korporativ İdarəetmə” mövzusunda “Master Class” təşkil olunacaq.

Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə SAM-ın mətbuat xidmətindən Mehriban Firat məlumat verib. Təlimlərin gələn ayın 4-də baş tutacağını söyləyən M.Firat deyib ki, seminar “PwC”-nin Dövlət və İctimai Sektor üzrə Xidmətlər Praktikasının qlobal lideri cənab Yan Sturesson tərəfindən keçiriləcək: «Yan Struesson korporativ idarəetmə, strateji inkişaf, innovasiya və liderlik sahəsində dövlət və özəl sektora xidmətlərin göstərilməsi üzrə “PwC”-nin baş qlobal məsləhətçisidir.

Hazırda Struesson Dünya İqtisadi Forumunun (“World Economic Forum”) və Qlobal Məsələlər Şurasının (“Global Agenda Council”) “Qlobal təşkilatlarda idarəetmənin gələcəyi (“Future of governance in global organizations”) forumunun üzvüdür».

SEYMUR




26/11/12    Çap et