Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tacikistan provayderləri 1 il ərzində ikinci dəfə “Facebook” giriş imkanını blok ediblər


Tacikistanın bir sıra internet provayderləri Ölkə Hökuməti yanında Rabitə Xidmətinin şifahi sərəncamı üzrə “Facebook” sosial şəbəkəsinə giriş imkanını blok edib. Bu barədə "Asiya-Plyus" nəşri məlumat verib.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, provayderlərə sərəncam noyabrın 25-də axşam daxil olub.

Hakimiyyətin “Facebook” sosial şəbəkəsini blok etmək tələbini Tacikistanın İnternet provayderlər assosiasiyasının sədri Asomuddin Atoev “Avesta” nəşrinə təsdiq edib. Rabitə Xidməti vəziyyətlə əlaqədar heç bir şərh verməyib.

Xatırladaq ki, Tacikistanda artıq 2012-ci ilin martında “Facebook” blok edilmişdi. O zaman Rabitə Xidmətinin sosial şəbəkəyə giriş imkanını bağlamaq tələbi səbəb kimi göstərilmişdi, lakin sonradan bildirmişdilər ki, resurs texniki problemlərə görə əlçatmazdır.



EMİL





26/11/12    Çap et