Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
8 nüvəli prosessorla təchiz edilmiş smartfonlar istehsal ediləcək
Artıq növbəti il 8 nüvəli prosessorla təchiz edilmiş birinci smartfonlar işıq üzü görəcək. Həm də “ZTE” və “Mediatek” bütün böyük istehsalçıları qabaqlaya bilərlər.
“China Times” nəşri bildirib ki, “MT6599” çipseti 28 nanometr texnologiya üzrə hazırlanacaq.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Mediatek” şirkətinin belə prosessorların birinci nüsxəsini 2013-cü ilin yazında istehsal edəcəyi gözlənilir. Ehtimal ki, belə çiplərlə təchiz edilmiş smartfonların kütləvi istehsalına “ZTE” şirkəti başlayacaq.
EMİL
27/11/12 Çap et