Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” əməkdaşlarını “Android” platformasından istifadəyə çağırır


Ötən illər ərzində əməkdaşlarına “iPhone” smartfonları paylamış “Facebook” sosial şəbəkəsi hazırda heyətə “Android” smartfonlara keçmək xahişi ilə müraciət edib. Şirkətin Menlo-Parkda (Kaliforniya ştatı) yerləşən qərargahındakı divarlarda asılmış plakatlarda “Android” platformasına keçmək təklifi “IDC” analitik şirkətinin statistikası ilə izah olunur.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, analitiklərin proqnozuna görə, 2016-cı ilədək “Android” qurğuları “Apple” istehsalı olan smartfonla müqayisədə daha da populyarlaşacaq və “Facebook” buna görə əməkdaşlarını “Google” platformasına keçməyə çağırır.

Başqa sözlə, “Facebook” hesab edir ki, tərtibatçılar gündəlik olaraq “Android” qurğularından istifadə etsələr, o zaman “Android” üçün tətbiqdəki səhvlərin düzəldilməsi ilə ciddi məşğul olacaqlar. Lakin şirkət heyəti aparat seçiminə məcbur etmir.


 
EMİL





27/11/12    Çap et