Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mail.Ru” internet şirkəti “Google”-un axtarış xidmətlərindən imtina edəcək


Rusiyanın “Mail.Ru Group” internet şirkəti şəxsi sisteminə görə “Google”-un axtarış texnologiyalarından imtina edəcək. Amerika şirkəti ilə bağlanmış müqavilənin müddəti 2013-cü ilin fevralında başa çatır və “Mail.Ru” müqaviləni uzatmağı planlaşdırmır.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Mail.Ru” axtarış sistemini 2004-cü ildə istifadəyə verib və 2006-cı ilin sonuna qədər “Google” texnologiyasını tətbiq edirdi. 2007-ci ildə isə "Yandeks" axtarış mühərrikindən istifadəyə başladı və həmin ilin iyununda “GoGo.ru” adlı sistemini istifadəyə verdi və o, elə də uğurlu alınmadı. Şirkət 2010-cu ildən etibarən yenidən “Google”-un axtarış texnologiyalarından istifadə etməyə, həmçinin “AdSense” reklam elanlarını göstərməyə başladı.

“Mail.Ru”, həmçinin “AdSense” reklam sistemindən də imtina edəcək. Şəxsi kontekst reklam xidmətinin yaradılması ilə isə 2011-ci ilin aprelində şirkətə gəlmiş "Bequn"un banisi Aleksey Basov məşğul ola bilər.
“Mail.Ru” internet şirkətinin “Google”-la müqaviləni uzatmaqdan imtina etməsini onun beynəlxalq bazara çıxması ilə əlaqələndirirlər.Qeyd edək ki, “Mail.Ru” beynəlxalq bazarda “my.com” ticarət markası altında çıxış edəcək.
 
EMİL
 





27/11/12    Çap et