“Bank Respublika” kredit borclarının onlayn ödənişi xidmətini işə salıb
“Bank Respublika” müştərilərə kredit borclarını bankın rəsmi səhifəsi vasitəsilə onlayn ödəmək imkanı yaradan “cari hesaba mədaxil” xidmətini təqdim edib.
“ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, indi cari hesaba mədaxil etmək və kreditləri ödəmək üçün banka gəlməyə ehtiyac qalmır. İnternet vasitəsilə “
http://www.bankrespublika.az/” “Kreditin onlayn ödənişi” səhifəsinə daxil olub hesab və şəxsiyyət vəsiqəsinin nömrəsi daxil edilir. Növbəti səhifələrdə ödəniləcək məbləği (3000 AZN-dən çox olmamalı), kredit kart məlumatlarını və təhlükəsizlik kodunu qeyd etmək lazımdır. İstifadəçi sorğunun yerinə yetirilməsi barədə məlumatlandırılır.
Cari hesaba vəsaiti köçürəndən sonra hesaba bağlı kredit üzrə borc müəyyən edilib kredit cədvəlinə uyğun silinir, kredit borcu avtomatik olaraq cari hesabdan ödənilir.
Qeyd edək ki, plastik kart üzrə kredit borcunun onlayn ödənilməsi üçün həmin karta bağlı cari hesab nömrəsini bankda dəqiqləşdirmək lazımdır.
CAHANGİR