Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil tətbiqlər bazarının həcmi 2012-ci ildə 30 milyard dolları ötəcək
"ABI Research" şirkətində çalışan analitiklərin proqnozuna görə, mobil tətbiqlər bazarının ümumi həcmi 2012-ci ilin sonuna qədər 30 milyard dolları ötəcək.
"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, 30 milyard dollara tətbiqlərin satışından, onların satın alınmasından və mobil reklamdan əldə olunan gəlir daxildir.Qeyd edək ki, 2011-ci ilin sonu ilə müqayisədə mobil tətbiqlər bazarının ümumi həcmi 2 dəfə artıb.
EMİL
27/11/12 Çap et