Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Misir Mərdanov : “Müəllimlərin İKT bacarığının artırılması ciddi məsələlərdən biridir”
“Müəllimlərin İKT bacarığının artırılması ciddi məsələlərdən biridir”. Bu barədə məlumatı təhsil naziri Misir Mərdanov bildirib. Nazir qeyd edib ki, son illərdə 80 minə yaxın orta məktəb müəllimi İKT-dən istifadə bacarıqlarına yiyələniblər.
M. Mərdanov vurğulayıb ki, bu rəqəm də bütün müəllimlərin yarısından çoxu deməkdir: “Təbii ki, bununla iş bitmir. Əgər müəllimlər əvvəllər müsabiqələrə kitab-dəftərlə gəlirdilərsə, indi onlar kompüter və digər İKT avadanlıqları ilə gəlirlər.
Bu gün də İKT-nin kütləvi şəkildə istifadə olunduğu yerlər məhz təhsil müəssisələridir. Ona görə də bu müəssisələrdə İKT-nin tətbiqini genişləndirməliyik. Gələcək illərdə də internet xidməti göstərən məktəblərin sayının artırılmasına, internet şəbəkəsinin genişləndirilməsinə, tezliyin artırılmasına xidmət edən addımların atılması planlaşdırılıb”.
RƏVAN
27/11/12 Çap et