Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ kiberdöyüşçülər hazırlayır


ABŞ gələcək kibermüharibələrə ciddi hazırlaşır. Belə ki, Tulsa  Universitetində tələbələrə kompüter virusları yazmağı, qapalı şəbəkələri “sındırmağı” və sındırılmış telefonlardan informasiyanı əldə etməyi öyrətməyə başlayıblar. Universiteti bitirən məzunların əksəriyyəti Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və digər güc qurumlarında çalışırlar.

Cim Tavisey öz kurs yoldaşını gizlicə izləyir. Kurs yoldaşlarından digəri isə onu izləyir. "Mən onun kim ola biləcəyindən şübhələnirəm, lakin hələ ki 100 faiz əmin deyiləm" – “Los Angeles Times” nəşrinin jurnalistlərinə əvvəllər kazinoda qumarxana xidmətçisi işləmiş 25 yaşlı tələbə danışıb.

Kurs yoldaşlarını izləmək kiberməkanda casusluğun əsaslarına həsr edilmiş qeyri-adi 2 illik kurs “Cyber Cops” adlı proqramın bir hissəsidir. Tələbələrə informasiya yığını arasında yalnız münasib məlumatları tapmaq deyil, həmçinin avtomobillərə izləmə qurğuları və “Facebook” sosial şəbəkəsində yanlış informasiya yerləşdirmək də öyrədilir. Onlara, həmçinin kompüter virusları yaratmaq, qapalı şəbəkələrin “sındırılması”, şifrə seçmək, fişinq və şəbəkədə uğurlu "döyüş əməliyyatları"nın aparılması üçün lazımi yüzlərlə digər bacarıqlar da öyrədilir.

Məzunların əksəriyyəti MKİ və Milli Təhlükəsizlik Agentliyində (MTA) işləməyə göndərilir. "Talsa Universitetinin tələbələri bizim müəssisəmiz üçün əvəzolunmazdır" – bu yaxınlarda Talsa Universitetinə baş çəkmiş “NASA”-nın yüksəkvəzifəli məmuru Nil Sirinq bəyan edib.

Təhsil alan tələbələrin yaşı müxtəlifdir (17-dən 63 yaşa qədər). Onların bir çoxu ordudan çıxdıqdan sonra özlərini yeni sahədə sınamaq qərarı veriblər. Qeyd etmək lazımdır ki, burdakı tələbə həyatı maraqlı hadisələrlə doludur. Məsələn, tələbələrdən biri onu izləyən kurs yoldaşını aşkara çıxarmaq üçün universitetin daxili şəbəkəsini “sındıraraq” saxta hesab yaradıb.
 
EMİL





27/11/12    Çap et