Telefonunuzun zəmanət müddətinə və təmirin gedişatına nəzarət edin
“Nokia”nın Azərbaycanda rəsmi nümayəndəsi “MobiTel”-dən verilən məlumata görə, istifadəçilər “
www.nokia.az” saytında telefonun zəmanət müddətinə və təmirin gedişatının vəziyyətinə nəzarət edə bilərlər. Məlumatda bildirilir ki, xidmətlərə müraciət üçün ünvanlardan istifadə etmək olar:
“
http://www.nokia.com/az-az/support/warranty-check”- Zəmanət müddətinə nəzarət
“
http://www.nokia.com/az-az/support/repair-check” – “Nokia Care” servis mərkəzlərində telefonun təmirinə nəzarət xidməti.
İstifadəçi heç bir ödəniş etmədən, mobil cihazınızın istehsalçısı , “Nokia” korporasiyası tərəfindən verilən zəmanətin qüvvədə olmasını yoxlaya bilir. Telefonun seriya nömrəsini (IMEI) daxil etməklə dərhal nəticə əldə etmək olur.
Eyni zamanda, “www.nokia.az” saytında təmirin gedişatının vəziyyətini yoxlamaq üçün imkan yaradılıb. Belə ki, mobil cihazınızı texniki servis mərkəzlərində zəmanətli təmirə verdikdə abunəçiyə sifariş kodu verilir. Saytda həmin kod vasitəsilə təmir barədə məlumat əldə etmək olar. Sadəcə olaraq, sifariş kodunu daxil edib, vaxt itirmədən cavab almaq olar.
Qeyd edək ki, bu xidmət satış nöqtələrinə təhvil verilən telefonlara aid deyildir. Xidmət mərkəzlərini – “
http://www.nokia.com/az-az/stores” ünvanında tapmaq olar.
RƏVAN