Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda modernləşdirilmə və avtomatlaşdırılma işlərinə başlanılıb


Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) 2 metrlik teleskopunda modernləşdirilmə  və avtomatlaşdırılma işlərinə başlanılıb.  “ICTnews” elektron xəbər xidmətinə bu barədə ŞAR-dan məlumat verilib. Rəsədxanadan bildirilib ki, görülən işlər, bağlanmış müqaviləyə əsasən, Çexiya Respublikası mütəxəssisləri tərəfindən həyata keçirilir.

2 metrlik teleskopun hidravlik və idarəolunma sistemləri, bir sıra köməkçi qurğular (telfer, saat mexanizmi və s.) yenisi ilə əvəz olunur. Müşahidə kabinaları təmir olunur. Bir sıra əlavə cihaz və avadanlıqlar quraşdırılır. Teleskopun kompüter və yaxud xüsusi qurğu vasitəsilə məsafədən idarəolunması nəzərdə tutulur. İşlər ilin sonunadək davam etdiriləcək.




 
HƏQİQƏT






27/11/12    Çap et