Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“CTRL+ALT+DEL” düymələr kombinasiyasının müəllifi kimdir?


"IBM" şirkətinin aparıcı mühəndisi Devid Bredli 1980-ci ildə "IBM PC" adlı fərdi kompüteri (FK) yaratmışdır. Bu kompüter "on ikilər qrupuna" daxil idi. Həmin vaxtdan etibarən şirkətin bir çox əsas layihələrində iştirak etməyə başlayan D.Bredli  o cümlədən "PowerPC" prosessorları əsasında işləyən kompüterlərin istehsalçılar qrupuna da rəhbərlik edib. O, ABŞ-da 7 ixtira üçün patent alıb. Lakin Bredli FK-ni həyata qaytaran düymələr kombinasiyasını ixtira etməsi sayəsində dünyada şöhrət qazanıb.

Mühəndislər birinci kompüterlər üzərində işlədiyi dövrdə belə qərara gəliblər ki, yanlış yazılmış proqram FK-nin donmasına səbəb olur, buna görə nasazlıqdan sonra onun fəaliyyətinin bərpa edilməsi üsulunu qabaqcadan nəzərə almaq lazımdır. Beləliklə, “BIOS” Daimi Yaddaş Qurğusunun proqramlaşdırılması üzərində çalışan Bredli FK-ni yenidən yükləmək üçün "CTRL+ALT+DEL" düymələr kombinasiyasını yaradıb. Qeyd edim ki, Bredli bu düymələr kombinasiyasının kodunu yazmağa 5 dəqiqə vaxt sərf edib.

O, öz seçimini belə izah edib ki, istifadəçi biri digər ikisindən uzaq yerləşən düymələr kombinasiyasını səhvən sıxa bilməz. Bu uğurlu seçimə baxmayaraq, "IBM" istehsalçıları, hətta istifadəçi təlimatında kompüterin üç düymə vasitəsilə qəzalı yenidən yükləmə çağırışını sənədləşdirmək istəməyiblər. Bu imkan əvvəlcə yalnız proqramçılar üçün dərslikdə təsvir edilib.

Maraqlı bir məqam isə ondan ibarətdir ki, Devid Bredli özü  "IBM PC"-nin 20-ci ildönümündə qeyd edib ki, "CTRL+ALT+DEL" düymələr kombinasiyası ideyasını o tapıb kodunu yazsa da,  bu düymələr kombinasiyasını o deyil, "Microsoft" şirkəti populyarlaşdırıb.
 
Emil Hüseynov





27/11/12    Çap et