Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xerox” şirkəti əldə etdiyi nəticələrə arxayınlaşaraq daha yüksək proqnozlar verib


“Xerox” 2011-ci ilin ikinci rübünə yekun vurub. Dərc edilmiş maliyyə hesabatına əsasən, şirkət ikinci rübü yaxşı nəticə ilə başa vurub və şirkətin gəliri 41 faiz artıb. Printer və kopiya texnikasının ən böyük istehsalçısı bildirib ki, onun rüblük gəliri 319 milyon dollar və ya səhm üçün 22 sent olub. Bu göstərici 2010-cu ilin analoji dövründəki nəticədən yüksəkdir. Amerika şirkətinin qazancı 2011-ci ilin aprel ayından iyun ayına kimi təxminən 2% artıb və 5,61 milyard dollar təşkil edib. Rüblük nəticələr “Xerox” şirkətinə illik proqnozu artırmağa icazə verib.


www.dailycomm.ru




25/07/11    Çap et