Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ericsson” “Samsung”u patent pozuntusunda ittiham edib


Telekommunikasiya şəbəkələri üçün dünyanın ən böyük avadanlıq istehsalçısı olan İsveçin “Ericsson” şirkəti “Samsung”u məhkəməyə verib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Ericsson” hüquqşünaslarının iddiasına görə, “Samsung” bir sıra texnologiyalardan istifadə lisenziyasını vaxtında yeniləməyib.

Hazırda koreyalıları cərimələyə və ya “Ericsson”un simsiz rabitə, şəbəkə standartları və telekommunikasiya sistemlərinin təşkili sahəsindəki adsız hazırlamaların istifadə hüquqlarından məhrum edə bilərlər. “Samsung” nümayəndələri bildiriblər ki, onlar məsələdən xəbərdardılar və problemi diqqətlə araşdırırlar.







EMİL





27/11/12    Çap et