Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung”: biz uşaq əməyindən istifadə etmirik


2012-ci ilin yayında Çinin əmək sahəsinə nəzarət üzrə “China Labor Watch” qeyri-hökumət təşkilatı “Samsung Electronics” üçün mobil telefonlar, stereo qurğular və “DVD” pleyerlər istehsal edən “HEG Electronics” şirkətinin zavodlarında azyaşlı şəxslərin iş qüvvəsindən istifadə edildiyi haqqında bildirib.

“Samsung” sentyabrda 105 komponent tədarükçüsü və məhsul istehsalçılarını yoxlayıb. Yoxlamanın nəticələri bu gün məlum olub.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Cənubi Koreya korporasiyasından verilmiş məlumata əsasən, onlar uşaq əməyindən istifadə edilməsi faktı aşkar etməyiblər, lakin işçilər arasında azyaşlılar olub. Bundan başqa, müfəttişlər bir neçə qanun pozuntusu aşkar ediblər. Məsələn, işçilərin gecikmələrə görə böyük məbləğdə cərimələndiyi məlum olub.

Son zamanlar elektronika istehsalı ilə məşğul olan müəssisələr  diqqət mərkəzindədirlər. Mətbuat “Foxconn” (“Apple” şirkətinin müqavilə üzrə əsas tərəfdaşı) zavodlarındakı ağır əmək şəraiti ilə bağlı qalmaqallar haqqında dəfələrlə yazıb.

EMİL





28/11/12    Çap et