Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Yahoo!”-nun səhmləri 4 illik maksimuma qədər bahalaşıb
“Yahoo!”-nun səhmləri noyabrın 26-da hərracın əvvəlində 18,99 dollar həddinə çatıb. Bu göstərici son 4 il ərzində maksimal nəticədir.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, internet-şirkətin səhmləri son 3 ay ərzində xeyli bahalaşıb. Hələ sentyabrın əvvəlində səhmlərin qiyməti 14,6 dollar təşkil edirdi. Oktyabrın sonuna qədər onların qiyməti 1 dollar artmış, sonrakı 4 həftə ərzində təxminən 19 dollara qədər bahalaşıb. Bu göstərici sonuncu dəfə 2008-ci ilin payızında qeydə alınıb.
“Bloomberg” agentliyinin keçirdiyi sorğuda iştirak edən analitiklərin proqnozuna görə, “Yahoo!” səhmlərinin qiyməti 1 il ərzində 32 dollara çata bilər. Belə göstərici isə sonuncu dəfə 2007-ci ilin oktyabrında qeydə alınıb.
EMİL
28/11/12 Çap et