Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər “MAQATE”-nin kompüter şəbəkəsini “sındırıblar”
Hakerlər Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) kompüter şəbəkəsini “sındırıblar” və bu təşkilatla əməkdaşlıq edən 100-dən çox ekspertin məlumatlarını açıq girişdə yerləşdiriblər.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “MAQATE”-nin rəsmi nümayəndələri serverlərdən birinin “sındırılmasını” təsdiqləyib. Agentlik bildirib ki, ələ keçirilmiş informasiyanın dərc edilməsindən təəssüflənir və məlumat sızmasının qarşısını almaq üçün əlindən gələn hər şeyi edir.
“MAQATE”-nin kompüter şəbəkəsinin “sındırılmasına” görə məsuliyyəti "Parastoo" adlı (fars dilində qaranquş deməkdir, həmçinin İranda məşhur qadın adıdır) haker qrupu öz üzərinə götürüb. Onların saytların birində yerləşdirdiyi yazıda bildirilib ki, haker qrupu İsrailin nüvə proqramına qarşı çıxır. Hakerlər məlumatları ələ keçirilmiş və dərc edilmiş “MAQATE” ekspertlərini İsrailin nüvə proqramının açıq şəkildə araşdırılması tələbi ilə müraciət imzalamağa çağırırlar.
EMİL
28/11/12 Çap et